Qazaxıstan may ayından etibarən toyuq yumurtalarının avtonəqliyyat vasitəsi ilə idxalına qadağa qoyacaq

10:40 - 19.02.2024


19 fevral, Fineko/abc.az. Qazaxıstanın Kənd Təsərrüfatı Nazirliyi may ayından etibarən altı ay müddətinə respublikaya toyuq yumurtasının avtomobil yolu ilə gətirilməsinə qadağa qoyub.

ABC.AZ xəbər verir ki, müvafiq əmr layihəsini qurum "Aaçıq normativ hüquqi aktlar" portalında yerləşdirilib.

"Üçüncü ölkələrdən və Avrasiya İqtisadi Birliyi ölkələrindən avtomobil nəqliyyatı ilə Qazaxıstan Respublikasının ərazisinə təzə toyuq yumurtalarının gətirilməsinə altı ay müddətinə qadağa qoyulsun», — sənəddə belə deyilir.

Əmr mayın 1-dən qüvvəyə minir. İzahlı qeyddə qeyd olunur ki, Qazaxıstan daxili bazarın 98%-ni öz istehsalı hesabına yumurta ilə təmin edir.