“Apple” yarım milyard avro cərimələnə bilər - Qanunları pozub

10:44 - 19.02.2024


19 fevral, Fineko/abc.az. “Apple” şirkəti qanunları pozduğuna görə cərimələnə bilər.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, şirkət Avropa İttifaqında ilk dəfə olaraq musiqi axını xidmətlərinə girişlə bağlı qanunları pozub. 

“Financial Times” qəzetinin araşdırmasında bildirilir ki, “Apple” musiqi xidmətlərinin istifadəçilərə “App Store” mağazasından kənar abunə haqqını ödəməyə imkan verən alternativ ödəniş üsullarının reklamını qadağan edir, bu isə pozuntu kimi qəbul olunub. Buna görə Amerika İT korporasiyasını 500 milyon avro cərimə gözləyir.

Belə ki, “Spotify” musiqi xidmətinin “Apple”ın hərəkətlərindən şikayət etməsindən sonra araşdırma başlayıb. Qeyd olunub ki, Təxminən 500 milyon avro təşkil edəcək və gələn ayın əvvəlində elan oluna biləcək cərimə “Apple”ın öz xidmətlərini rəqiblərinkindən üstün tutmaq üçün öz platformasından istifadə edib-etməməsi ilə bağlı Avropa Komissiyasının antiinhisar araşdırmasının kulminasiya nöqtəsidir.

Bütün xəbərlər