Trampın idman ayaqqabıları satışa çıxarılıb

11:21 - 19.02.2024


19 fevral, Fineko/abc.az. ABŞ-ın keçmiş prezidenti Donald Tramp “Trump Sneakers” idman ayaqqabılarını satışa çıxarıb.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, təqdimat fevralın 17-də “SneakerCon Philadelphia” sərgisində baş tutub. 

Kolleksiyada üç cür ayaqqabı mövcuddur. Birincisi “The Never Surrender High-Tops” adlanan, üzərində ABŞ bayrağı olan qızılı krossovkalardır. Ümumilikdə 1 min cüt ayaqqabının satışda olacağı bildirilir. Onların hər birinin unikal nömrəsi, on təsadüfi seçilmiş cüt üzərində isə Trampın imzası olacaq. Qiymət 399 dollardır, satışlar 2024-cü ilin iyulunda başlayacaq.

Hal-hazırda şirkətin saytında 199 dollara iki cüt idman ayaqqabısı sifariş etmək olar: Belə ki, üzərində “POTUS 45” yazısı olan ağ ayaqqabı və ABŞ bayrağlı qızılı ayaqqabıları sayt vasitəsi ilə satın almaq olar.

 

Bütün xəbərlər