Azərbaycanın xaricdən tütün alışı azalıb, ya artıb?

12:00 - 19.02.2024


19 fevral, Fineko/abc.az. 2024-cü ilin yanvar ayında Azərbaycana 8 milyon 290 min dollar dəyərində tütün və tütün məmulatları (siqaret) idxal olunub.

ABC.AZ Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, 2023-cü ilin ilk ayında Azərbaycana 13 milyon 869 min dollarlıq tütün və tütün məmulatları idxal olunmuşdu. 

Beləliklə, tütün və tütün məmulatlarının idxalı bu ilin yanvarında ötən ilin eyni dövrü ilə müqayisədə 5 milyon 579 min dollar və ya 40.2% azalıb.

Bütün xəbərlər