Bu rayonlar üzrə də avtobus biletini onlayn almaq mümkün olacaq

12:12 - 19.02.2024


19 fevral, Fineko/abc.az. “Biletim.az” portalına daha bir neçə məntəqə əlavə edilib.

ABC.AZ xəbər verir ki, sərnişinlər artıq Bakıdan Siyəzən və Sabirabada, eləcə də Sumqayıtdan Xudata və əks-istiqamətlərə hərəkət edən avtobuslara onlayn bilet ala bilərlər.

Həmçinin portala daha əvvəl mövcud olan Bakı – Şabran, Bakı – Ağcabədi və Bakı – Oğuz marşrutları üzrə əlavə reyslər daxil edilib.

Xatırladaq ki, artıq “biletim.az” portalında 45 şəhər və rayona, 68 istiqamət üzrə bilet almaq mümkündür. Hazırda sistemə qoşulan daşıyıcıların sayı 131, nəqliyyat vasitələrinin sayı isə 295-dir.

Bütün xəbərlər