Dünyada bu qədər internet istifadəçisi var

12:29 - 19.02.2024


19 fevral, Fineko/abc.az. Dünyada internet istifadəçilərinin sayı 5.35 milyard olub.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bu, dünya əhalisinin 66.2 faizinini internetə çıxışının olması deməkdir.

Hesabatda qeyd olunur ki, 2023-cü ildə internet istifadəçilərinin sayında 1.8 faiz artım olub. Təkcə ötən il ərzində 97 milyon şəxs ilk dəfə olaraq internetdən istifadə edib.

Qeyd edək ki, 2022-ci ildə internet istifadəçilərinin sayında 1.9 milyon artım olub ki, bu da 98 milyon şəxsin ilk dəfə olaraq internetdən istifadə etməsi deməkdir.

Bütün xəbərlər