Bakıda bu ərazilərdə binalar söküləcək - Ünvanlar

14:46 - 19.02.2024


19 fevral, Fineko/abc.az. Bakıda daha bir ərazidə binaların söküntüsünə başlanılacaq.

ABC.AZ baku.ws-ə istinadən bildirir ki, paytaxtın Nizami rayonu, "Qara Qarayev" metro stansiyasının ətrafındakı qəzalı vəziyyətdə olan ikimərtəbəli binalar da plana düşüb.

Həyata keçiriləcək pilot layihə nəticəsində istismar müddətini başa vurmuş və qəzalı vəziyyətdə olan binalar söküldükdən sonra yerində hündürmərtəbəli binaların inşa olunacaq.

Artıq tikinti işlərini aparan şirkət rəsmiləri sakinlərlə danışıqlara başlayıb. Uzun illər ikimərtəbəli binalarda yaşayan vətəndaşlara yeni tikiləcək binalardan mənzillər təklif olunur. Yeni inşa olunacaq binalardan mənzil almaq istəyən vətəndaşlar əvvəlki evlərindən 20 kvadratmetr əlavə mənzilə sahib olacaqlar.

İnşaat işləri getdiyi müddətdə isə sakinlər kirayə pulları ilə təmin ediləcəklər. Evlərinin kavdratından asılı olaraq sakinlər 400-500 manat arasında kirayə pulu alacaqlar.