Güzəştli ipoteka kreditlərinin şərtlərindən onlar yararlana bilər – Siyahı

15:56 - 19.02.2024


19 fevral, Fineko/abc.az. İpoteka və Kredit Zəmanət Fondu 23.02.2024-cü il saat 11:00-dan etibarən güzəştli ipoteka kreditlərinin verilməsi üçün müraciətlərin qəbuluna başlayır.

ABC.AZ xəbər verir ki, İpoteka kreditləri üzrə güzəştlərdən aşağıdakı şəxslərin istifadə etmək hüququ vardır:

Gənc ailənin üzvü olan aşağıdakı şəxslər:

şəhidin övladları;

Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanının övladları;

Azərbaycanın Milli Qəhrəmanının övladları;

Məcburi köçkün və ya ona bərabər tutulan şəxs;

Ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs;

Ən azı 3 il dövlət ümumtəhsil müəssisəsində müəllim işləyən şəxs;

Fəlsəfə doktoru elmi dərəcəsi olan şəxs;

İdman sahəsində xüsusi xidmətləri olan şəxs (fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların mükafatçısı    (I, II və ya III yer);

Ən azı 5 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxs.

Elmlər doktoru elmi dərəcəsi olan şəxs;

Ən azı 15 il dövlət qulluğunda qulluq edən şəxs, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs;

Ən azı 3 il hərbi xidmətdə olan (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan başqa), həmçinin ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları(“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı, 41.0.7-ci, 41.0.8-ci, 41.0.10-cu, 42.0.3-cü, 42.0.4-cü və 42.0.5-ci maddələrində nəzərdə tutulan hallarda ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçular istisna olmaqla);

Ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxs;

Ən azı 3 il elmi vəzifədə işləyən elmi işçilər;

Ən azı 15 il dövlət ümumi təhsil müəssisəsində müəllim işləyən şəxs;

Ən azı 15 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxs.

şəhid ailəsinin üzvü (əri/arvadı).

Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı (özü, əri/arvadı).

Azərbaycanın Milli Qəhrəmanı (özü, əri/arvadı).

Qeyd: Güzəştli ipoteka kreditindən istifadə etmək hüququ olan ailə və ya şəxs bu hüquqdan yalnız bir dəfə istifadə edə bilər.