Abşeronda neft və qazla çirklənmiş ərazilər təmizlənəcək

16:28 - 19.02.2024


19 fevral, Fineko/abc.az. Abşeron rayonunda neft və qazla çirklənmiş ərazilər təmizlənəcək.

ABC.AZ Report-a istinadən xəbər verir ki, Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) tərəfindən maliyyələşdiriləcək qrant H.Necatinin “Abşeronda neft və qazla çirklənmiş ərazilərin təmizlənməsi” layihəsinə ayrılıb.

O, elm sahəsində Avropanın ən qabaqcıl proqramlardan biri olan “Mariya Skladovskaya-Küri” təqaüd və qrant proqramını qazanıb.

AzMİU-nun Ekologiya kafedrasının baş müəllimi Fərhad Əliyevin elmi rəhbərliyi ilə hazırlanan layihədə Abşeron yarımadasının neft və qazla çirklənmiş ərazilərinin təmizlənərək ekoloji tarazlığının təmin olunması nəzərdə tutulub.

“Mariya Skladovskaya-Küri” təqaüd və qrant proqramı Hüsniyyə Necatiyə bir il müddətində Avropanın, xüsusilə Almaniyanın mövzu ilə əlaqədar ən qabaqcıl universitet və elmi tədqiqat insitutlarında təcrübələr aparmağa imkan verəcək.

Bütün xəbərlər