Gürcüstan yanvarda Azərbaycandan 33 milyon dollar məbləğində qaz idxal edib

16:53 - 19.02.2024


19 fevral, Fineko/abc.az. Gürcüstan 2024-cü ilin yanvar ayında Azərbaycandan 287.1 milyon kubmetr qaz (206.7 min ton) idxal edib.

ABC.AZ İntrafax-a istinadən xəbər verir ki, bu da 2023-cü ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 20.2% azdır. Bu barədə Gürcüstan Milli Statistika Xidmətinin məlumatında bildirilir. 

Statistik məlumatlara görə, hesabat dövründə Azərbaycandan Gürcüstana təxminən $33 milyon dəyərində qaz (azalma 41%) idxal edilib.

2023-cü ildə Gürcüstan Azərbaycandan təxminən $313.5 milyon dəyərində (azalma 9.2%) 2.5 milyard kubmetrə yaxın qaz (1.8 milyon ton, azalma 4%) idxal edib.

Bütün xəbərlər