10:17 - 20.02.2024
20 fevral, Fineko/abc.az. Türkiyə Azərbaycanla ticarət dövriyyəsini 15 milyard dollara çatdırmaq üçün hər cür səy göstərəcək.
ABC.AZ xəbər verir ki, bu barədə fevralın 19-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında bildirib.
“Ümumi ticarət dövriyyəmiz keçən il ilk dəfə 7,5 milyard dollar səviyyəsinə çatdı. 15 milyard dollarlıq hədəfimizə çatmaq üçün səylərimizi artırmaqda qətiyyətliyik”, – o qeyd edib.
Türkiyə Prezidenti iki ölkə arasında nəqliyyat və enerji sektorlarında qarşılıqlı fəaliyyətin vacibliyini vurğulayıb.
“Kritik meydan oxumaların yaşandığı bir dövrdə ölkələrimizin nəqliyyat və enerji sahələrindəki potensialını inkişaf etdirməli olduğumuz aşkardır. Bakı-Tbilisi-Qars dəmir yolu xətti əsasən bunun ən konkret nümunələrindəndir. Bu xətdən ən yüksək səmərə götürmək üçün bərpa işləri sürətlə başa çatdırılmalıdır”, – dövlət başçısı söyləyib.
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
9 Oktyabr 2024
9 Oktyabr 2024
9 Oktyabr 2024
9 Oktyabr 2024
9 Oktyabr 2024
9 Oktyabr 2024
9 Oktyabr 2024