Ağdamda yaşayış binalarının tikintisi üçün tender keçirilir

10:59 - 20.02.2024


20 fevral, Fineko/abc.az. Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti  Ağdam şəhəri 2 nömrəli yaşayış massivi, 9-cu məhəllə üzrə 144 mənzildən ibarət (2,3,4,5 otaqlı ) 7 ədəd yaşayış binalarının (3,4,5,6,7 mərtəbəli) tikintisi" üçün tender keçirir.

ABC.AZ etender.gov.az veb saytına istinadən xəbər verir ki, iddiaçılar təkliflərini  05.03.2024 16:00 qədər təqdim edə bilərlər.

Əlaqələndirici şəxs Fərrux Hüseynzadə, [email protected]

Bütün xəbərlər