Azərbaycandan Türkiyəyə təbii qaz ixracı bu qədər artıb

11:59 - 20.02.2024


20 fevral, Fineko/abc.az. Azərbaycandan Türkiyəyə təbii qaz ixracının həcmi keçən il 58% artıb.

ABC.AZ Banker-ə istinadən xəbər verir ki, keçən il bu ölkəyə ümumilikdə 10.854 mlrd. m3 təbii qaz ixrac edib. Bu təbii qazın ixrac dəyəri $3.681mlrd. təşkil edib.

Bildirək ki, 2022-ci il üzrə Türkiyəyə 6.854 mlrd. m3 təbii qaz ixrac edib. Bu təbii qazın ixrac dəyəri $2.208 mlrd. təşkil edib.

Təbii qazın hər 1000 m3 2022-ci ildə $322.2 satıldığı halda, 2023-cü ildə bu rəqəm $339.17 olub.