Azərbaycanda ev telefonlarından istifadə edənlər azalır

12:14 - 20.02.2024


20 fevral, Fineko/abc.az. Azərbaycanda stasionar telefonlardan istifadə edənlərin sayı azalır.

ABC.AZ Dövlət Statistika Komitəsinə  istinadən xəbər verir ki, mənzillərdə olan sabit şəbəkə telefonlarının sayı 2021-ci ildə 1 377 200, 2022-ci ildə isə 1 339 900 olub.

Bu isə bir il ərzində 37 mindən çox azalma deməkdir.

Lakin ev telefonlarından istifadə edənlərin sayı azalsa da, internet istifadəçilərinin sayı artıb. Ölkə üzrə hər yüz nəfərə düşən internet istifadəçilərinin sayı 2021-ci ildə 86,7, 2022-ci ildə isə 88,1 faiz təşkil edib.

Vətəndaşlar ev telefonundan istifadəyə marağın azalmasını mobil telefonlarda görüntülü danışma və səs imkanlarının geniş olması ilə əlaqələndirirlər.

Bütün xəbərlər