12:25 - 20.02.2024
20 fevral, Fineko/abc.az. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən taksi daşımaları ilə bağlı normativ hüquqi akt layihələri, taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələbləri, sürücü barədə məlumatların siyahısı hazırlanıb, aidiyyəti dövlət orqanlarının rəy və təklifləri nəzərə alınmaqla baxılması üçün Nazirlər Kabinetinə təqdim olunub.
ABC.AZ xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov məlumat verib.
O bildirib ki, sözügedən sənədlər təsdiq olunandan sonra taksi nəqliyyat vasitələrinə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən elektron formada müvafiq icazə veriləcək.
8 Oktyabr 2024
8 Oktyabr 2024
8 Oktyabr 2024
8 Oktyabr 2024
8 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024