Azərbaycanda ən çox iş yerləri yaradılmış rayonlar - Siyahı

12:32 - 20.02.2024


20 fevral, Fineko/abc.az. 2023-cü il ərzində ölkədə 82,3 min yeni iş yerləri açılıb. Bu dövrdə yaradılmış iş yerlərinin 91.8 faizi qeyri-dövlət sektorunda açılıb.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, yeni açılmış iş yerlərinin 79.7 faizi Bakı şəhərinin, 1.3 faizi Naxçıvan Muxtar Respublikasının, 19 faizi digər regionların, o cümlədən 3.6 faizi Abşeron-Xızı, 2.4 faizi Quba-Xaçmaz, 1.9 faizi Gəncə-Daşkəsən, 1.8 faizi ŞəkiZaqatala, 1.7 faizi Şirvan-Salyan, 1.6 faizi Qazax-Tovuz, 1.4 faizi Lənkəran-Astara, 1.3 faizi Mərkəzi Aran, 1.2 faizi Qarabağ, 0.9 faizi Şərqi Zəngəzur, 0.7 faizi Mil-Muğan, 0.5 faizi isə Dağlıq Şirvan iqtisadi rayonlarının payına düşüb.