Ən az iş yeri bu rayonlarda açılıb - Siyahı

14:07 - 20.02.2024


20 fevral, Fineko/abc.az. 2023-cü ildə ölkənin rayon və şəhərlərində ən çox iş yeri Bakıda yaradılıb.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, Bakıda 65 563 iş yeri açılıb.

Bakı şəhərində ən çox yeni iş yeri Nəsimi (12 851) və Nərimanov rayonunda (11 823) olub. Sonrakı yerləri Abşeron rayonu (1521 iş yeri), Sumqayıt (1380 iş yeri), Gəncə şəhəri (935 iş yeri), Naxçıvan (907 iş yeri), Xaçmaz (733 iş yeri), Quba (704 iş yeri), Şirvan (698 iş yeri), Qəbələ (658 iş yeri), Laçın (625 iş yeri) tutur.

Bu dövrdə say etibarı ilə ən az iş yeri Xocalıda (6 iş yeri), Ucarda (7 iş yeri), Lerikdə, Qubadlıda (8 iş yeri) yaradılıb. Bakı şəhərinin Pirallah rayonunda 7 iş yeri, Naxçıvanın Culfa rayonunda 2 iş yeri, Ordubad və Şahbuz rayonunda 10 iş yeri, Xızıda isə 13 yeni iş yeri yaradılıb.

Bütün xəbərlər