Xarxar mis yatağında 106 min ton mis var

14:18 - 20.02.2024


20 fevral, Fineko/abc.az. Azərbaycanda qızıl, mis və gümüş istehsalçısı olan Böyük Britaniya şirkəti “Anglo Asian Mining plc” Xarxar mis yatağında Birgə Filiz Ehtiyatları Komitəsinin (JORC) standartına uyğun olaraq 24.9 milyon ton mineral olduğunu açıqlayıb ki, burada da mis olma əmsalı 0.48 faizdir. 

Şirkətdən ABC.AZ-a daxil olan məlumata görə, araşdırmaların nəticələrinə görə, 106 000 ton mis daxil olduğu 22 milyon ton minerallaşma var.

Bildirilir ki, ilk Mineral Ehtiyatların Qiymətləndirilməsi üçün ümumi uzunluğu 21 707 metr olan 66 qazma quyusu istifadə edilmişdir.

Yeraltı qazma və nümunələrin götürülməsi üçün 470 metr kəşfiyyat zolağı qazılıb.

“Əminik ki, Xarxar mədəni gələcək hasilatımıza əhəmiyyətli töhfə verəcək və Şirkətə gələcək artım və səhmdarlara cəlbedici gəlirlər təqdim etməyə imkan verəcək “, – deyə şirkətin vitse-prezidenti Stefan Vesthid bildirib.

Bütün xəbərlər