Yanvarda Azərbaycana gələn əcnəbilərin sayı artıb, ya azalıb?

14:38 - 20.02.2024


20 fevral, Fineko/abc.az. 2024-cü ilin yanvar ayında Azərbaycan Respublikasına dünyanın 152 ölkəsindən 165.8 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 39.3 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, gələnlərin 27,5 faizi Rusiya Federasiyası, 19,8 faizi Türkiyə, 9,7 faizi İran, 6,1 faizi Hindistan, 4,9 faizi Gürcüstan, 3,5 faizi Səudiyyə Ərəbistanı, 2,9 faizi Qazaxıstan, 2,7 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,5 faizi Pakistan, 2,4 faizi Küveyt, 2,0 faizi Özbəkistan, 1,8 faizi Oman, 1,5 faizi Türkmənistan, 1,3 faizi Ukrayna, 1,0 faizi Belarus, 10,4 faizi digər ölkələrin vətəndaşları olub. Gələnlərin 74,2 faizini kişilər, 25,8 faizini qadınlar təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə Çindən gələnlərin sayı 3,9 dəfə, Qırğızıstandan – 3,4 dəfə, Bəhreyndən – 2,7 dəfə, Səudiyyə Ərəbistanından – 2,7 dəfə, Hindistandan – 2,5 dəfə, Omandan – 2,4 dəfə, Özbəkistandan – 2,4 dəfə, Tacikistandan – 2,3 dəfə, Qazaxıstandan – 2,3 dəfə, Filippindən – 1,8 dəfə, İtaliyadan – 1,7 dəfə, İspaniyadan – 1,7 dəfə, Türkmənistandan – 1,7 dəfə, Küveytdən – 1,6 dəfə, Cənubi Koreyadan – 1,6 dəfə, İordaniyadan – 1,6 dəfə, İrandan – 45,8 faiz, Polşadan – 33,7 faiz, Yəməndən – 32,2 faiz, Moldovadan – 31,5 faiz, Türkiyədən – 31,0 faiz, Pakistandan – 28,3 faiz, Qətərdən – 26,8 faiz, Gürcüstandan – 24,1 faiz, Fransadan – 22,4 faiz, Ukraynadan – 21,4 faiz, Birləşmiş Ərəb Əmirliklərindən – 20,4 faiz, Belarusdan – 18,9 faiz, ABŞ-dan – 18,7 faiz, Misirdən – 15,2 faiz, Rusiya Federasiyasından – 13,4 faiz, Almaniyadan – 13,3 faiz artıb.