14:51 - 20.02.2024
20 fevral, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, ötən ilin yanvarda Azərbaycana gələn əcnəbilər 39 faiz artıb.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2023-cü ilin yanvar ayı ilə müqayisədə MDB ölkələrindən gələnlərin sayı 25,1 faiz artaraq 61,3 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 1,5 dəfə artaraq 4,7 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 1,6 dəfə artaraq 35,1 min nəfər olub.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 67,5 faizi hava, 31,1 faizi dəmir yolu və avtomobil, 1,4 faizi isə dəniz nəqliyyatından istifadə edib.
2023-cü ilin yanvar ayı ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 35,1 faiz artaraq 147,7 min nəfər olub. Rusiya Federasiyasına gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 37 faiz, Gürcüstana gedənlərin sayı 36,9 faiz, Türkiyəyə gedənlərin sayı 29,3 faiz, İrana gedənlərin sayı 23,0 faiz artıb. Ölkə vətəndaşlarının 36,6 faizi Türkiyəyə, 22,0 faizi Rusiya Federasiyasına, 10,6 faizi Gürcüstana, 8,2 faizi İrana, 22,6 faizi digər ölkələrə səfər etmişdir. Gedənlərin 67,7 faizini kişilər, 32,3 faizini qadınlar təşkil edib. 2024-cü ilin yanvar ayında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 69,1 faizi hava, 28,8 faizi dəmir yolu və avtomobil, 2,1 faizi isə dəniz nəqliyyatından istifadə edib.
16 Sentyabr 2024
16 Sentyabr 2024
16 Sentyabr 2024
16 Sentyabr 2024
16 Sentyabr 2024
16 Sentyabr 2024
16 Sentyabr 2024
16 Sentyabr 2024
16 Sentyabr 2024
16 Sentyabr 2024
16 Sentyabr 2024
16 Sentyabr 2024