Sumqayıt gənclərinin “Yay Məktəbi”nin növbəti turu təşkil edilmişdir

16:16 - 26.07.2018


 

26 iyul, Fineko/abc.az. Sumqayıt şəhər İcra Hakimiyyətinin təşəbbüsü, Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə 12 iyul 2018-ci il tarixində başlanılan Sumqayıt gənclərinin “Yay Məktəbi”nin növbəti turu təşkil edilmişdir.
24 iyul 2018-ci il tarixində Quba rayonunda təşkil olunan növbəti “Yay Məktəbi”ndə Sumqayıt Texniki Kolleci, Musiqi Kollecinin tələbələri, Sumqayıt Gənclər Evi,  Gənclər Klubu və Yeni Azərbaycan Partiyası şəhər Gənclər Birliyinin fəal üzvləri və könüllüləri, Azərikimya İstehsalat Birliyi, Maliyyə İdarəsi və mediya qurumlarında çalışan gənclər iştirak etmişlər. “Yay Məktəbi” iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini və Quba Soyqırımı Memorial Kompleksini ziyarət etmiş, Heydər Əliyev Mərkəzi ilə tanış olmuşlar. Düşərgədə gənclər arasında intelektual, əyləncəli oyunlar, təbiətlə tanışlıq, yemək və çay fasilələri təşkil edilmişdir.

 

Bütün xəbərlər