Çində özü-özünü qardan təmizləyən avtomobil hazırlanıb - VİDEO

15:33 - 20.02.2024


20 fevral, Fineko/abc.az. Çin avtomobil istehsalçısı “Nio” özü-özünü qardan təmizləyən ET9 adlı avtomobil hazırlayıb.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bu barədə “Electrek” yazıb. Məlumata görə, ET9 modeli premium sedan “Porsche Panamera”, “Maybach”, “Mercedes S-Class”, “BMW Series 7” və “Audi A8” ilə rəqabət apara biləcək.

2023-cü ildə təqdim edilən ET9 elektromobili 707 at gücü hasil edən ikimotorlu elektrik stansiya ilə təchiz edilib. Avtomobil 640 kVt yükləməni dəstəkləyir.

Digər xüsusiyyətlərə bir saniyə ərzində kuzovun hündürlüyünü 50 mm-ə qədər dəyişə bilən aktiv elektrohidravlik asma və tam idarə olunan şassi daxildir.