İki illik dövlət istiqrazlarının gəlirliliyi 7.11%-ə düşüb

17:02 - 20.02.2024


20 fevral, Fineko/abc.az. 20 fevral 2024-cü il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0201070049 ISIN-li, 90 mln. manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən ABC.AZ-a bildirilib ki, hərrac zamanı 23 investor tərəfindən qiymət intervalı 94.6187 (9%) manat və 100.00 (6%) manat olan 40 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 96.6545 (7.8398%) manat, orta ölçülmüş qiyməti isə 97.9660 (7.1089%) manat müəyyən edilmişdir. Uzun müddətdir bu istiqrazlar üzrə hərrac keçirilmirdi. Sonuncu dəfə 14 noyabr 2023-cü ildə 8.02% təşkil etmişdi.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 269,811,200 manat, yerləşdirilmiş həcmi isə 90,000,000 manat təşkil etmişdir.

İstiqrazların ödəmə tarixi 17.02.2026-cı ildir.

Bütün xəbərlər