Avropada qaz qiymətləri sabitləşib

17:26 - 20.02.2024


20 fevral, Fineko/abc.az. İngiltərə və Hollandiyada təbii qazın topdansatış qiymətləri çərşənbə axşamı sabitləşib. Bol təklif, soyuma gözləntilərinin dəstəyini azaldıb.

ABC.AZ xəbər verir ki, LSEG-ə görə, 09.57 GMT-dən etibarən, TTF terminalından tədarük edilən ən yaxın təbii qaz fyuçersləri 0,40 avro, meqavat/saat üçün 24,00 avro artımla ticarət edilib. Aprel müqavilələri 0,1 avro azalaraq meqavat-saat üçün 23.70 avroya düşüb.

Qiymətlər mart ayının əvvəlinə qədər olan dövrdə aşağı hava temperaturunu nəzərə alır.

Hazırda Mərkəzi Avropa və Böyük Britaniyada havanın temperaturu ilin bu vaxtı üçün normadan 2-7 dərəcə yüksəkdir, lakin həftənin sonuna qədər normaya qayıdacaq.