Neft bahalaşır, Brent bir barel üçün $82,70 təşkil edir

09:39 - 21.02.2024


21 fevral, Fineko/abc.az. Neftin etalon markalarının qiyməti çərşənbə günü keçirilən hərracda artır.

Londonun ICE Futures birjasında Brent markalı neftin aprel fyuçerslərinin qiyməti saat 09:35-də $0,36 (0,44%) artaraq bir barel üçün $82,70-a çatıb. 20 fevral ticarətinin nəticələrinə görə, Brent markalı neftin aprel fyuçersləri $1,22 (1,46%) - bir barel üçün $82,34-a qədər ucuzlaşıb.

Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin aprel fyuçerslərinin qiyməti saat 09:35-də $0,32 (0,42%) artaraq bir barel üçün $77,36-a çatdı. 20 fevral ticarətinin nəticələrinə görə, WTI neftinin aprel fyuçerslərinin qiyməti $1,43 (1,82%) azalaraq bir barel üçün $77,04-a düşdü.