“Smart Telecom” MMC cərimələnir - Protokol yazıldı

10:15 - 21.02.2024


21 fevral, Fineko/abc.az. “Smart Telecom” MMC-yə cərimə protokolu yazılıb.

ABC.AZ xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci   maddəsi ilə inzibati protokol tərtib olunub.

İşə Suraxanı Rayon Məhkəməsində hakim Ünsüyyət Mirzəyevanın sədrliyi ilə baxılacaq.

İXM-in 192.1-ci maddəsinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər 1000 manatdan 2000 manatadək məbləğdə, vəzifəli şəxslər 3000 manatdan 5000 manatadək məbləğdə, hüquqi şəxslər 20 000 manatdan 25 000 manatadək məbləğdə cərimə edilir.

Bütün xəbərlər