Azərbaycan Avropaya qaz tədarükünü artırır?

11:07 - 21.02.2024


21 fevral, Fineko/abc.az. Energetika naziri Pərviz Şahbazovun Ağ Evdə ABŞ Prezidentinin xüsusi məsələlər üzrə köməkçisi, Milli Təhlükəsizlik Şurasının (Ağ Ev) iqlim və enerji üzrə baş direktoru Sarah Ladislav ilə görüşü olub.

ABC.AZ Energetika Nazirliyinə istinadən xəbər verir ki, görüşdə Azərbaycan-ABŞ münasibətlərində regional və beynəlxalq əhəmiyyətli enerji təhlükəsizliyi layihələrinin həyata keçirilməsi üzrə uzunmüddətli əməkdaşlığın əhəmiyyətindən, mürəkkəb enerji böhranı dövründə Cənub Qaz Dəhlizinin rolundan danışılıb.

Bildirilib ki, üç il ərzində Cənub Qaz Dəhlizi Avropanı 31 milyard kubmetrdən çox təbii qazla təchiz edib. Hazırda dəhlizin genişləndirilməsi və Avropaya tədarükün artırılması Azərbaycanın səyləri ilə həyata keçirilir.

Həmçinin Azərbaycanın zəngin bərpa olunan enerji potensialının ölkənin enerji keçidinə və Avropanın enerji təchizatını şaxələndirməyə yönəldildiyi qeyd olunub.

Bütün xəbərlər