Azərbaycan bu ölkəyə elektrik enerjisi ixracından 276 milyon dollar gəlir əldə edib

11:18 - 21.02.2024


21 fevral, Fineko/abc.az. Azərbaycan 2023-cü ildə Türkiyəyə ixrac etdiyi elektrik enerjisinin həcmi və qiyməti bahalaşıb.

ABC.AZ xəbər verir ki, ötən il ərzində Türkiyəyə  2 mlrd. 102.56 mln kVt/saat elektrik enerjisi ixrac edilib.

Bunun da statistik dəyəri 276.22 mln. ABŞ dolları təşkil edir. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayır.

Bununla da ixracın həcmi dəyər baxımından 118 faiz, miqdar baxımından isə 248 faiz artıb.

İxrac edilmiş elektrik enerjisinin hər mVt/saatı (1 mVt/s = 1000 kVt/s) Türkiyəyə 2022-ci ildə  $82.2 satıldığı halda, 2023-cü ildə bu qiymət $131.4 təşkil edib. Beləliklə, hər mVt/saatın illik müqayisədə $49.19 və ya 60% bahalaşması deməkdir.

Bütün xəbərlər