Ötən il ən çox bu rayonlara pul ayrılıb - SİYAHI

11:36 - 21.02.2024


21 fevral, Fineko/abc.az. Azərbaycanın 2023-cü ildə iqtisadi rayonlarına yatırılan sərmayənin məbləği məlum olub.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ənənəvi olaraq ən böyük yatırımlar Bakı şəhərinə edilib. Paytaxtda bu göstərici 10 milyard 194 milyon manat təşkil edib.

Digər yerlərdə isə Laçın (1 milyard 564 milyon manat), Kəlbəcər (879 milyon 512 min manat), Füzuli rayonu (677 milyon 174 min manat), Cəbrayıl (639 milyon 253 min manat), Şuşa (623 milyon 158 min manat), Zəngilan (590 milyon 612 min manat), Ağdam (568 milyon 374 min manat), Daşkəsən (383 milyon 689 min manat), Sumqayıt (374 milyon 987 min manat) tutur.

2023-cü ilin Dövlət Statistika Komitəsinin açıqladığı göstəricilərə əsasən, Azərbaycanda ən az yatırım edilən rayonlar sırasında ilk üçlükdə Naxçıvanın Sədərək rayonu (1 milyon 621 min manat), Samux ( 2 milyon 517 min manat) və Lerikdir (2 milyon 382 min manat).

Bütün xəbərlər