Cənubi Koreyada gənc həkimlərin kütləvi tətili başlayıb

11:40 - 21.02.2024


21 fevral, Fineko/abc.az. Cənubi Koreyada gənc həkimlər tərəfindən hakimiyyətin universitetlərdə tibb ixtisaslarına kvotaları artırmaq planları ilə bağlı kütləvi tətil başlayıb.

ABC.AZ xəbər verir ki, bu barədə respublika səhiyyə nazirinin müavini Pak Min Su fevralın 21-də brifinq zamanı bildirib.

O qeyd edib ki, brifinq zamanı Cənubi Koreyada 8 816 gənc həkim (yeni işə düzələn həkimlərin ümumi sayının 70%-dən çoxu) istefa ərizəsi verib, onlardan 7 813-ü işə çıxmayıb.

Bütün xəbərlər