Polşa fermerləri Putini "Ukraynanı başa salmağa" çağırıb

11:50 - 21.02.2024


21 fevral, Fineko/abc.az. Ukraynadan kənd təsərrüfatı mallarının idxalına etiraz edən Polşa fermerləri rusiyapərəst plakatlardan istifadə ediblər.

ABC.AZ xəbər verir ki, tətilçilərdən biri traktorunda "Putin, Ukrayna, Brüssel və səlahiyyətlilərimizi başa sal" sözləri yazılmış plakat asıb.

Qeyd olunur ki, fevralın 9-dan etiraz edən Polşa fermerlərinin əsas tələblərindən biri Ukrayna kənd təsərrüfatı məhsullarının Polşa bazarına axınının dayandırılmasıdır. Bundan əlavə, fermerlər Aİ-nin ətraf mühitə minimal təsiri olan iqtisadiyyata çevrilməsi strategiyasını müəyyən edən "yaşıl kurs" proqramına qarşı çıxırlar.

Daxili işlər naziri Marçin Kervinski Tvitter hesabında yazıb: "Məlumat üçün - internetdə yayılan qalmaqallı plakat dərhal çıxarılıb və polis tərəfindən qeydə alınıb. Polis və prokurorluq onun müəllifinə qarşı tədbirlər görür. Biz belə cinayətkar fəaliyyətə dözməyəcəyik".