Azərbaycanda maliyyə xidmətlərinin test məqsədli alışı qaydası təsdiqlənib

12:16 - 21.02.2024


21 fevral, Fineko/abc.az. Mərkəzi Bankın İdarə Heyəti “Maliyyə xidmətlərinin (məhsullarının) test məqsədli alışı Qaydası”nı təsdiqləyib.

ABC.AZ xəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.

Qərara əsasən, test məqsədli alış nəzarət subyektinin fəaliyyətinə nəzarət, o cümlədən AMB-nin tətbiq etdiyi digər nəzarət tədbirlərini tamamlamaq məqsədilə həyata keçirilir.

Test məqsədli alış gizli müşahidələr, telefon zəngləri, poçt və elektron poçt vasitəsilə, xidmətin təqdim edildiyi yerlərə, rəsmi internet səhifəsinə və rəqəmsal platformalara daxil olmaqla həyata keçirilir. Belə alış nəzarət subyektinin iş vaxtı hesab edilən gün və saatlarda, onlayn xidmətlər üzrə isə real vaxt rejimində, o cümlədən elan edilmədən, bir və yaxud bir neçə şəxs həyata keçirəcək. Bu alış zamanı hədəf qrupuna uyğun üçüncü şəxslər cəlb oluna bilər, bu halda AMB və həmin şəxslər arasında bağlanan müqavilələrdə məxfiliklə bağlı müddəalar əks olunacaq.

Bütün xəbərlər