“Adore Kompani” MMC-dən bu qədər pul geri götürülür

12:31 - 21.02.2024


21 fevral, Fineko/abc.az. Azərbaycanda parfumeriya və kosmetik məhsullar satan mağazalar şəbəkəsi – “Adore Kompani” MMC (İdeal mağazalar şəbəkəsi) nizamnamə kapitalını azaldır.

ABC.AZ-ın məlumatına görə, MMC nizamnamə kapitalını 8 869 500 AZN məbləğdən 100 000 AZN məbləğə azaldığını elan edir.

Belə ki, şirkətin kapitalı 8 769 500 manat azaldılır.

Xatırladaq ki, “Adore Kompani” MMC əvvəllər “İdeal Kompani” adlandırılırdı. Şirkət rəqib olan “Sabina” Parfumeriya və Kosmetika mağazalar şəbəkəsini aldıqdan sonra rebrendinq etmişdi.

Bütün xəbərlər