Satınalmalar sahəsində 2023-cü ildə 742.4 milyon manat vəsaitə qənaət edilib

14:40 - 21.02.2024


21 fevral, Fineko/abc.az. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən dövlət satınalmaları sahəsində görülən maarifləndirmə və nəzarət tədbirlərinin nəticəsi olaraq 2023-cü ildə 742.4 mln. manat dövlət vəsaitinə qənaət edilib.

ABC.AZ xəbər verir ki, bu barədə Dövlət Xidməti məlumat yayıb.

Qeyd edilib ki, bu göstəricinin həcmi əvvəlki illə müqayisədə 17% artıb. Belə ki, 2022-ci ildə bu göstəricinin həcmi 634.4 mln. manat idi.

Bildirilib ki, 2022-ci il illə müqayisədə ötən il qənaət edilmiş məbləğdə açıq tender üzrə 13%, təkliflər sorğusu üzrə 41% artıma nail olunub.

Bütün xəbərlər