Bakı Fond Birjasında 30 milyon manatlıq hərrac keçirilib

15:06 - 21.02.2024


21 fevral, Fineko/abc.az. 21 fevral 2024-cü il tarixində Bakı Fond Birjasında Mərkəzi Bankın AZ2217024705 dövlət qeydiyyat nömrəli 30 milyon manat həcmində 168 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən ABC.AZ-a bildirilib ki, hərrac zamanı 8 investor tərəfindən qiymət intervalı 96684.00 (7.35%) manat və 96968.1298 (6.70%) olan 8 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 42,700,000 manat olmuşdur.

AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 96928.654 (6.79%) manat və orta ölçülmüş qiyməti isə 96937.7004 (6.77%) manat olaraq müəyyən edilmişdir. Qeyd edək ki, sonuncu hərracda AMB bu notlarda orta gəlirliliyi 14 fevralda 6.71% ilə tamamlamışdı.

Bütün xəbərlər