Süd məhsulları istehsal edən şirkət bir idi, ikiyə bölündü

15:49 - 21.02.2024


21 fevral, Fineko/abc.az. Milk-PRO” MMC tərkibindən “Xətai Development” MMC ayrılmaqla yenidən təşkil olunur.

ABC.AZ xəbər verir ki, tərtib olunmuş bölünmə balansına əsasən “Xətai Development” MMC “Milk-PRO” MMC-nin bəzi hüquq və öhdəlikləri üzrə hüquq varisidir.

Qeyd edək ki, “Milk – Pro” MMC 1991–ci ildə tibbi – bakterioloju süd məhsulları istehsal edən şirkət kimi təsis edilib. Şirkətin nizamnamə kapitalı 10 min manatdır və qanuni təmsilçisi Mustafa Məmmədovdur.

 

Bütün xəbərlər