Türkiyə-Azərbaycan Universiteti Bakıda yerləşəcək

16:22 - 21.02.2024


21 fevral, Fineko/abc.az. Türkiyə-Azərbaycan Universitetinin binası Bakıda olacaq.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bunu elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli media nümayəndələrinə açıqlamasında deyib.

Onun sözlərinə görə, burada klassik universitet modelindən söhbət getmir:

“Universitetdə birgə tədris prosesi qurulacaq. Birgə tədris prosesi Türkiyə və Azerbaycan müəllimləri tərəfindən aparılacaq. Tədris dili ilk olaraq türk və ingilis dili üzrə olacaq”.

Bütün xəbərlər