"Danone" şirkətininin Rusiyadakı biznesi çeçen iş adamına satılacaq

16:33 - 21.02.2024


21 fevral, Fineko/abc.az. Fransanın süd məhsulları istehsalçısı Danone şirkəti Rusiya Federasiyasındakı biznesini 17,7 milyard rubla (191,7 milyon dollar) Vamin Tatarıstana satacaq.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Britaniyanın “Financial Times” qəzeti məlumat yayıb.

Məlumata görə, “Danone” şirkətinin Rusiyadakı törəmə şirkəti olan “Life & Nutrition” şirkətinin alıcısı Rusiyanın süd məhsulları istehsalçısı "Vamin Tatarstan" ("Вамин Татарстан") olacaq. "Vamin Tatarsta" şirkəti Çeçenistanla əlaqəli iş adamı Mintimer Mingazova məxsusdur. 

Qəzet yazır ki, "Vamin Tatarıstan" Danone-nin Rusiyadakı aktivlərinə nəzarət üçün 17,7 milyard rubl (191,7 milyon dollar) ödəməyə hazırdır. Bildirilir ki, bunun 7,7 milyard rublu Rusiya müəssisəsinin borcunun ödənilməsinə, qalan hissəsi isə Danone-nin şirkətdəki payının ödənilməsinə yönəldiləcək.