Pərakəndə ticarət şəbəkələrində ən çox məhsul Bakının bu rayonlarında satılıb

17:11 - 21.02.2024


21 fevral, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, ötən il pərakəndə ticarət dövriyyəsinin həcmi  35572,9 milyon manat olub.

ABC.AZ Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir ki, sözügedən dövrdə dövriyyənin ümumi həcmində ərzaq məhsulları, içkilər və tütün məmulatlarının xüsusi çəkisi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,8 faiz azalaraq 58,2 faiz  təşkil edib.

Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 58,2 faizi ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 13,5 faizi toxuculuq məhsulları, geyim, ayaqqabıların, 4,8 faizi elektrik malları və mebelin, 3,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 3,7 faizi əczaçılıq və tibbi malların, 7,9 faizi  avtomobil yanacağının, 8,2 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

Hesabat dövründə paytaxtın pərakəndə ticarət şəbəkələrində ən çox məhsul Nəsimi, Sabunçu və Nizami, ən az məhsul isə Pirallahı, Xəzər və Suraxanı rayonlarında satılıb.