10:30 - 22.02.2024
22 fevral, Fineko/abc.az. Daxili İşlər Nazirliyi və ya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə yeni səlahiyyətlər verilib.
Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda edilən dəyişiklikdə əksini tapıb.
Beləliklə, aşağıdakı inzibati xətalar haqqında işlərə həmin işlər üzrə inzibati icraata başlamış Daxili İşlər Nazirliyi və ya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi baxacaq;
– Buraxılış kartı olmadan taksi minik avtomobilləri ilə sərnişin daşınması (əlli manat məbləğində cərimə edilir)
– Bu xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi (səksən manat məbləğində cərimə edilir)
21 May 2025
19 May 2025
19 May 2025
19 May 2025