Yaponiya Rusiyaya daha beş kateqoriyada malların ixracını qadağan etdi

10:52 - 22.02.2024


22 fevral, Fineko/abc.az. Yaponiya ədədi idarəetmə maşınları bölməsindən Rusiyaya beş kateqoriyalı malların ixracını qadağan edib. Siyahı Yaponiya iqtisadiyyat, ticarət və sənaye nazirliyinin saytında dərc olunub.

ABC.AZ xəbər verir ki, Tokio, keçən ilin mart ayında G7 ölkələri tərəfindən razılaşdırılmış tədbirlərin nəticələrinə əsasən tədarükü qadağan olunmuş malların siyahısına əlavə edib. Siyahı Ukraynada istifadə olunan Rusiya silahlarında istifadə olunan detalları təhlil etdikdən və müəyyənləşdirdikdən sonra genişləndirildi.

Qeyd olunur ki, ixrac üçün qadağan olunmuş malların beş böyük hissəsinə emal mərkəzləri, üfüqi və digər CNC torna maşınları, CNC freze maşınları, avadanlıq hissələri daxil olmaqla "CNC dəzgahları" bölməsi əlavə edilmişdir

Bütün xəbərlər