Hindistanda Qərb analoqlarına alternativ olaraq tətbiq mağazası istifadəyə verilib

11:51 - 22.02.2024


22 fevral, Fineko/abc.az. Hindistanın maliyyə və texnologiya şirkəti “PhonePe”, Amerikanın Google Play və Apple'ın AppStore-un analoqu olaraq tətbiq mağazasını istifadəyə verib.

"Indus Appstore, PhonePe'nin Hindistan üçün daha rəqabətli və yerli reallıqlara yönəlmiş bir tətbiq bazarı yaratmaq cəhdini təmsil edir, bu da yükləmə sayına görə artıq dünyanın ən böyüyüdür", — deyə çərşənbə günü Yeni Delhidə keçirilən təntənəli təqdimat mərasiminin nəticələrinə dair press-relizdə qeyd edilir.

ABC.AZ xəbər verir ki, mağazada 200 müxtəlif kateqoriyada 45 min tətbiq və oyun mövcuddur. İnterfeys Hindistanda yayılmış 12 dildə mövcuddur ki, buna görə də, şirkətin vurğuladığı kimi, ölkə əhalisinin 95%-i üçün MarketPlace əlçatan olacaq.

Bütün xəbərlər