“Mercedes-Benz”in rüblük mənfəəti 21,5% azalıb, lakin proqnozdan daha yaxşı olub

12:30 - 22.02.2024


22 fevral, Fineko/abc.az. Almaniya avtomobil istehsalçısı “Mercedes-Benz Group AG” 2023-cü ilin dördüncü rübündə xalis mənfəət və gəliri azaldıb, lakin hər iki göstərici bazar proqnozlarından daha yaxşı olub.

ABC.AZ xəbər verir ki, ötən rübdə xalis mənfəət illik ifadədə 21,5% azalaraq 3,16 milyard avro təşkil edib. EBIT göstəricisi 20,1% azalaraq 4,33 milyard avroya enib. Şirkətin rüblük gəliri 1,8% azalaraq 40,26 milyard avroya enib.

Ekspertlər orta hesabla “Mercedes-Benz”in xalis gəlirini 2,8 milyard avro, gəlirini isə 39,15 milyard avro səviyyəsində proqnozlaşdırıblar.

Minik avtomobilləri istehsal edən Mercedes-Benz Cars bölməsinin gəliri 3,2% azalaraq 29,57 milyard avroya çatıb. Az tonnajlı yük maşınları istehsal edən “Mercedes-Benz Vans” gəlirləri 9,7% artıraraq 5,61 milyard avroya çatdırıb. “Mercedes-Benz Mobility” bölməsinin gəliri 2,2% artaraq 7,01 milyard avro təşkil edib.

 

Bütün xəbərlər