Valyuta hərracında bankların tələbi 5,4% artıb

12:33 - 22.02.2024


22 fevral, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatına görə, fevralın 22-də keçirilən valyuta hərracında bankların tələbi 108,1 milyon dollar təşkil edib və tam təmin edilib. Bu, əvvəlki hərracdan 5,5 milyon dollar və ya 5,36% çoxdur.

Fevralın 20-də keçirilən valyuta hərracında AMB banklara 102,6 milyon dollar satıb.

Hərracın yekunlarına əsasən manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.