14:08 - 22.02.2024
22 fevral, Fineko/abc.az. “İpək Yolu Sığorta” 2023-cü ili 667 min manat mənfəətlə başa vurub. Ötən ilin eyni dövründə isə sığorta şirkətinin mənfəəti 913 min manat olub ki, bu da illik müqayisədə 27% azalıb.
ABC.AZ sığorta şirkətinin maliyyə hesabatına istinadən xəbər verir ki, 2023-cü ildə “İpək Yolu Sığorta”nın gəlirləri 19 milyon 845 min manat (əvvəlki ilə nisbətən 4% az), xərcləri 19 milyon 11 min manat (əvvəlki ilə nisbətən 2.5% az), mənfəət vergisi ödəmələri isə 167 min manat təşkil edib. (azalma 27%)
Ötən il “İpək Yolu Sığorta”nın aktivləri 31 milyon 789 min manat olub ki, bu da ilin əvvəlinə nisbətən 1.4% azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 2.2% azalaraq 16 milyon 318 min manata, kapitalı isə 0.5% azalaraq 15 milyon 471 min manata düşüb.
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
10 Oktyabr 2024
10 Oktyabr 2024
10 Oktyabr 2024
11 Oktyabr 2024