14:40 - 22.02.2024
22 fevral, Fineko/abc.az. Niderlandın beynəlxalq bank və maliyyə xidmətləri korporasiyası ING (Internationale Nederlanden Groep) Azərbaycanda pul siyasəti ilə bağlı proqnozunu 0.5% bəndi azaldıb.
ABC.AZ Apa-ya istinadən xəbər verir ki, ING Azərbaycan Mərkəzi Bankının 2024-cü il üzrə uçot faiz dərəcəsi üzrə proqnozunu 8%-dən 7.5%-ə, 2025-ci ilin birinci rübü 7.75%-dən 7.25%-ə, 2025-ci ilin sonu üzrə 7%-dən 6.5%-ə endirib.
Qeyd edək ki, Mərkəzi Bank son üç qərarı ilə uçot dərəcəsini endirib. Sonuncu dəfə bu ilin yanvar 31-də Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 8.00%-dən 7.75%-ə, faiz dəhlizinin aşağı həddi 6.5%-dən 6.25%-ə, faiz dəhlizinin yuxarı həddi isə 9.0%-dən 8.75%-ə kimi azaldılıb. AMB uçot dərəcəsi ilə bağlı növbəti qərarını mart ayının 28-də açıqlayacaq.
6 Dekabr 2024
6 Dekabr 2024
6 Dekabr 2024
6 Dekabr 2024
4 Dekabr 2024
4 Dekabr 2024
4 Dekabr 2024