“Bakı” Elektrik Stansiyasında indiyədək 8.86 milyard kilovat-saat elektrik enerjisi istehsal olunub

15:04 - 22.02.2024


22 fevral, Fineko/abc.az. Modul tipli “Bakı” Elektrik Stansiyasında istismara verildiyi tarixdən fevralın 1-dək ümumilikdə 8.86 milyard kilovat-saat elektrik enerjisi istehsal olunub.

Energetika Nazirliyindən ABC.AZ-a bildirilib ki, 2007-ci il fevralın 22-də istismara verilən stansiya hər birinin gücü 8.7 meqavat olan 12 ədəd qaz porşenli aqreqatdan (QPA) ibarətdir.

Stansiyanın ümumi qoyuluş gücü 104.4 meqavat təşkil edir.

Modul tipli “Bakı” Elektrik Stansiyasında istismara verildiyi tarixdən fevralın 1-dək ümumilikdə 8.86 milyard kilovat-saat elektrik enerjisi istehsal olunub.

Bütün xəbərlər