“Exxon Mobil” Çində etilen istehsalı layihəsinə 1,4 milyard dollar sərmayə qoyur

15:13 - 22.02.2024


22 fevral, Fineko/abc.az. Amerikanın “Exxon Mobil” neft-qaz şirkəti bu il Huizhou şəhərində (Guangdong əyaləti) etilen istehsalı zavodunun tikintisinə 10 milyard yuan (1,4 milyard dollar) investisiya qoymağı planlaşdırır.

ABC.AZ xəbər verir ki, şirkət artıq Huizhou etilen layihəsinin ilk mərhələsinə 30 milyard yuandan çox sərmayə qoyub.

“ExxonMobil”in Çindəki rəhbəri Jean-Marc Tatonun sözlərinə görə, birinci mərhələ çərçivəsində tikilən obyektlərin bu ilin sonuna qədər sınaq buraxılışından sonra istifadəyə veriləcəyi gözlənilir.

ÇXR-in ən böyük xarici investisiya layihələrindən birinə çevrilə bilən bu zavod "Dayavan" Neft-Kimya Sənaye Parkında yerləşir.

Bütün xəbərlər