15:14 - 22.02.2024
22 fevral, Fineko/abc.az. Son 10 il ərzində İstanbula əcnəbi turistlərin axını xeyli artaraq 14.3 milyon nəfəri keçib.
ABC.AZ xəbər verir ki, bu barədə İstanbul vilayətinin Mədəniyyət və Turizm Departamentinin məlumatında bildirilib.
Departamentin məlumatına görə, 2013-cü ildə Türkiyənin bu ən böyük şəhərinə 10 milyon 474 min 867 əcnəbi turist səyahət etmişdisə, 2023-cü ilin yekunlarına əsasən, bu göstərici 14 milyon 370 min 30 nəfər olub. Son on ildə İstanbula turist axını 66 faiz artıb.
Türkiyənin Turizm Agentlikləri Assosiasiyasının (TÜRSAB) sədri Firuz Bağlıkaya diqqəti ölkənin şimal-qərbində aeroportların turizmin inkişafı üçün əhəmiyyətinə çəkib. Konqres-sərgi tədbirlərinin də İstanbula turist axınının güclənməsi üzrə rolunu qeyd edən sədr bildirib: “2023-cü ilin nəticələrindən məmnunuq, cari il ilə bağlı böyük ümidlərimiz var”.
15 Oktyabr 2024
15 Oktyabr 2024
15 Oktyabr 2024
15 Oktyabr 2024
15 Oktyabr 2024
15 Oktyabr 2024
15 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024