Əhali pulu ən çox Bakının bu rayonunda xərcləyir - VİDEO

16:03 - 22.02.2024


22 fevral, Fineko/abc.az. Azərbaycanda 2023-cü ildə pərakəndə ticarət dövriyəsi 59 milyard manat olub. Başqa sözlə, ölkədə ötən il əhali ərzaq məhsulları, içkilər və tütün məmulatlarına, həmçinin qeyri-ərzaq məhsullarına 59 milyard pul xərcləyib.

ABC.AZ Xezerxeber-ə istinadən xəbər verir ki, iqtisadçı-ekspert Xalid Kərimli deyir ki, bu xərclərin təxminən 60%-i, yəni 35.6 milyard manatı Bakının payına düşür.

Bakı Şəhər Statistika İdarəsi ticarətə ən çox pulun xərcləndiyi rayonları da açıqlayıb. Rəqəmlərə əsasən, Baki sakinləri ən çox pulu Nəsimi rayonunda xərcləyiblər. Başqa sözlə, ticarətdən ən çox gəlir bu rayonlarda olub.

Ötən il paytaxt sakinləri ərzaq məhsulları, içkilər və tütün məmulatlarına 20 milyard 695 milyon manat, qeyri-ərzaq məhsullarına isə 14 milyard 877,9 milyon manat vəsait xərcləyib.

Məlumata görə, paytaxda satılmış məhsulların 99.8%-i özəl sektor tərəfindən satılıb.

Bütün xəbərlər